Qaradağda Zəhra Quliyeva ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər edilir

Aksiya davam edir
İyulun 6-dan başlayaraq başlayaraq Heydər Əliyev Mərkəzinin internet klubunda cari ilin iyul ayının 04-də Ermənistan silahlı qüvvələrinin Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşkəsi növbəti dəfə pozması nəticəsində 2 yaşlı körpə, Quliyeva Zəhra Elnur qızının həlak olması ilə bağlı mülki əhalini, o cümlədən günahsız körpələri qətlə yetirən Ermənistanın cəzalandırılması və dinc əhaliyə qarşı yürütdüyü vandalizm siyasətinin dayandırması tələbi ilə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin E-MAİL-lərinə Qaradağ rayonu gəncləri adından müraciətlər göndərilir. Aksiyada rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin nümayəndələri, tələbə gənclər təşkilatının üzvləri, idmançılar və digər rayon sakinləri iştirak edir. Hal-hazırda aksiya davam etməkdədir. pia.az