Bu gileyi bu uşağa bağışla

Şəhriyardan yeni şeirlər
Tanınmış şair Şəhriyar del Geraninin yeni şeirlərlərini təqdim edirik *** Bir daş altda, bir daş üstə uzanıb gedər ömür,hamı xəbərsiz olar səni incitdiyimnən.bircə Allah hər şeyi görür.Amma məni ən yaxşı sən bağışlayırsan.Elə gözəl bağışlayırsan ki,hər dəfə qarşında günahkar olmaq istəyirəm... Bir daş altda, bir daş üstə, ağlama,əllərini uzat yağışa,bu səhərin bu çağındabu pəncərə şəhərin – yağışa əl eyləyən ən gözəl pəncərəsidirbarmaqların elə ahəstə açılır kisanki kəpənəklər diksinir... Bir daş altda, bir daş üstə, bir də məni bağışlabağışla ki, qoy məniyaş sulara atdığım daşlar da bağışlasınyuvasını uçurduğum quşlar da bağışlasınbağışla ki, baxa bilim bu gecənin ay üzünə,bağışla ki, çıxa bilim bu gecədənbu dəlinin, sərsərinin, eşşəyin adam üzünə... *** Hardan baxsam uzaqdasanhardan görsəm başqasıheç bilmirəm belə doğmanecə başqalaşırsan? Daha bir də heç gəlmərəm,heç gəlmərəm yanına,heç gəlmərəm yaxınınaqızım kimi sevdiyim.acıyaram, qarğıyaram, deyinərəm eləcəbilirəm ki, övladını ata qarğışı tutmaz. Daha bir də heç gəlmərəmbundan sonra yanınadaha bizi bu sahilin martıları tanımaz. Tanrıya da sözüm yoxdu bundan sonra, biləsənbundan sonra bir ömürlük susub yaşamaq qalır. Amma hər gün, elə hər günelə hər gün, hər gecəhey soruşmaq istəyəcəmKi, bir görüm necəsən?şəkillərdə elə gözəl baxıb gülümsəyirsən. Şəkillərdə elə gözəl baxıb gülümsəyirsənbircə şəkil səadətə baxıb inanmaq qalır.şəkillərlə danışacaq sözüm yoxdu, bilirsənbundan sonra bir ömürlük sənə aldanmaq qalır. Kim aldatdı bizi, qızım?hansı gedən gəlmədi?deyirəm ki:danış görümkim böyütdü sənin boyda uşağı?deyirəm ki:necə keçir darıxmağın qızım kimi sevdiyim?dənizlərçün tanışdırmı gəmilərin uzağı? *** Telefona zəng gəlirbaxırsan, o deyilaçmırsan. keçirsən mətbəxəçaya darçın atmırsanonsuz da o, yoxdur. mesaj səsi... o deyil keçirsən hamamaduş alırsanbilirsən, o gəlməyəcəkvə sənin tər qoxan bədəninondan savayı kimsəyə gərək deyil.deyəsən biryolluq gedib,amma yenə də diş fırçasını atmağa əlin gəlmir. yəni Allah varamma sən ona inanmırsan... yenə telefon zəngibu dəfə baxmırsandüşünürsən “bəlkə odur”amma yenə də baxmırsantəkrar zəng... baxmırsanbir də... baxmırsanbir də... baxmırsanqorxursan ki, birdən həqiqətən də o olmaz... Ölü göyərçinlər Yağış yağacaq – küçədəbir topa uşaq – kəsəcəkbir yuva çıxıb qaçacaqağacların içinnən... küləklərin sınan yerinşimşəklər nişan verəryağışların islandığıbuludların köçündə... səni də sevmiş idim kiküsməyə yerim olsunbarışmaqçün dən səpərdimölü göyərçinlərə səsimə yerikləyənimdarıxıb qurtardım sənigöynəyəsi yer qalmadıtaa burnumun ucunda... *** Uzaq bir şəhərə yolun düşərsə,yollar da uzanıb çıxıb gedərsə,ömründə bircə yol darıxar isən,yalın çiyininə bir baxar isən,görərsən çiynindən baş alıb gedənbir qərib ağlayır hər uzağında.Dönüb qayıdarsan, dönüb baxarsan.Görərsən həmin səs hey arxancadı.Görərsən təbiət tamam başqadı,görərsən o quş da budaqdan küsür.Görərsən səadət tamam başqadı,görərsən gülüş də yanaqdan küsür.Baxıb karıxarsan, baxıb susarsan.Qayıdıb görsən ki, əllərim əsir,Bağışla... Bağışla o uzaq şəhərə məni,bağışla uzanıb gedən yollara.Bağışla, darıxma,çiynindən baş alıb gedən həmin o qəribin uzağına bağışla.O quşu o budağaO gülüşü o yanağaBu gileyi bu uşağa bağışla. Qayıtma, əllərim əsir,Yoxdu bu ömrün yiyəsi,Bağışla...(kulis) pia.az