Sabiq Səudiyyə vəliəhdinin saraydan çıxışına qadağa qoyuldu

"The New York Times" qəzeti Səudiyyə Ərəbistanı Krallığının sabiq vəliəhdi və keçmiş daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun sarayından çıxmasına icazə verilmədiyini yazıb
PİA.AZ  Trend-ə istinadən xəbər verir ki, buna səbəb Məhəmməd bin Nayifin yeni vəliəhd Məhəmməd bin Salmana qarşı olan müxalif qüvvələrin başına keçmək istəməsidir.Səudiyyə rəsmiləri isə bir müddət əvvəl vəzifəsindən azad edilən sabiq nazirin Ciddədəki sarayından çıxmasına izn verilməməsi ilə bağlı yayılan xəbərləri təsdiq etmirlər.Qeyd edək ki, Məhəmməd bin Nayifin yerinə Səudiyyə Ərəbistanı kralı Salmanın oğlu Məhəmməd bin Salman təyin edilib.Xarici mənbələr sabiq vəliəhdlə indiki vəliəhd arasında böyük bir rəqabət olduğunu iddia edirlər.pia.az