Azərbaycan antiterror siyahısını genişləndirdi

“Əl-Qaidə” və İŞİD-ə dəstək göstərən şəxslər axtarışa daxil edildi
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti Çin vətəndaşı Abdul Haq və Fələstin vətəndaşı Bubeker Bulqitini terrorçuluğa dəstəyə görə beynəlxalq sanksiyaların şamil olunduğu şəxslərin siyahısına daxil edib.MBNP-nin Maliyyə Monitorinqi Xidmətindən verilən məlumata görə, həmin şəxslər “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarına dəstək göstərdiyinə görə axtarışa verilib.Bu, 2017-ci ildə siyahıda edilmiş 15-ci dəyişiklikdir/Trend.pia.az