Mustafanın toy tarixi bəlli oldu

Sinem Gedikdən ayrıldıqdan sonra Selin İmerlə eşq yaşamağa başlayan müğənni Mustafa Cecelinin toy tarixi bəlli olub
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cütlüyün iyulun 10-da nikaha girəcəyi ortaya çıxıb. Toylarına 40 nəfər dəvət etməyi planlaşdıran cütlük toy məkanı olaraq danışdıqları oteldən rədd cavabı alıblar. Mustafa ilə Selin isə başqa otellə danışıqlara başlayıb. Qeyd edək ki, Mustafa Ceceli ABŞ-dan qayıtdıqdan sonra Ajia Oteldə qalır. Bu otel isə Selin İmerin əvvəlki sevgilisi, iş adamı Sərdar Bilgiliyə aiddir.pia.az