2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi

"Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub"
PİA.AZ xəbər verir ki, bu barədə report-a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: "Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər"A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: "Onlar spirtli içkidən zəhərləniblər".Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.pia.az