Xalq artisti Qəndab Quliyeva dəfn olunub

Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva dəfn olunub
PİA.AZ AzVision.az-na istinadən xəbər verir ki, Xalq artisti “Təzəpir” məscidində təşkil olunan vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.Qeyd edək ki, Q. Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. O, dünən 67 yaşında dünyasını dəyişib.pia.az