Salyanda 20 yaşlı iki uşaq anası intihara cəhd edib

Salyan rayonunun 2-ci Varlı kəndində intihara cəhd hadisəsi baş verib
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, kəndin 20 yaşlı sakini Məmmədova Ülkər Vahid qızı ziyanvericilərə qarşı üzümlüklərə vurulan fosfor üzvü birləşməsi içərək intihara cəhd edib.Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş Ü.Məmmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir.Ülkər Məmmədova 2 azyaşlı uşaq anasıdır.Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi deyilir.Faktla bağlı araşdırmalara başlanılıb.pia.az