İsrail aviasiyası Suriya ordusunun mövqelərinə hücum edib

İsrail aviasiyası Qolan Yüksəkliklərinin yəhudi dövlətinin nəzarəti altında olan hissəsinə onlarla mərminin atılmasına cavab olaraq Suriyanın hökumət qoşunlarının iki tankına və artilleriya mövqelərinə hücum edib
RİA "Novosti" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin məlumatında bildirilir.Hərbçilər mərmilərin təsadüfən sözügedən ərazilərə düşdüyünü bildirsələr də, bunu İsrail suverenliyinin pozulması halı kimi qiymətləndiriblər.İsrail tərəfi itki vermədiyini bildirib.pia.az