Conni Depp Trampdan üzr istədi

Aktyor Conni Depp ABŞ prezidenti Donald Trampdan üzr istəyib
PİA.AZ axşam.az-a istinadən bildirir ki, o, bir tədbirdə Trampı nəzərdə tutaraq "Ən son nə zaman bir aktyor tərəfindən bir prezidentdə sui-qəsd təşkil edilmişdi" deyə soruşmuşdu.54 yaşlı aktyorun bu cümləsindən sonra Ağ Ev açıqlama yayaraq belə bir ifadənin doğru olmadığını bildirmişdi. Bu günlərdə isə C.Depp açıqlama verərək Trampdan üzr istəyib:"Prezident Trampla etdiyim zövqsüz zarafata görə üzr istəyirəm. İstədiyim kimi olmadı. Pis bir şey demək istəməmişim. Yalnızca əyləndirməyə çalışırdım. Heç kimi incitmək istəməmişdim.pia.az