“Formula-1” yarışlarında növbəti qəza

Formula 1 üzrə Azərbaycan Qran Prisində növbəti qəza baş verib
AzVision.az-ın məlumatına görə, hazırda davam edən ikinci sərbəst yürüş zamanı "Renault"un pilotu Colion Palmerin idarə etdiyi bolid səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb. Pilot maşını tərk etdikdən sonra əraziyə cəlb olunan kran onu oradan götürüb.Qeyd edək ki, ilk qəza da məhz bu döngədə baş verib. İlk dövrədə "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb.pia.az