Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayacaq

İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq
Avtobuslar Bakı vaxtı ilə saat 18:00-da yol düşəcək, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 09:00-da çatacaq.Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 5 yaşından-10 yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50 faizi məbləğində ödəniş edilir.Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər.Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Sərnişinlərə biletləri əvvəlcədən almaları məsləhət görülür. pia.az