Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəliblər
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin sədri Donald Tusk məlumat verib."Razılığa gəldik. Aİ Minsk sazişini kifayət qədər yerinə yetirməməsi səbəbindən Rusiyaya qarşı sanksiyaları uzadacaq", — deyə Tusk "Twitter"də yazıb.Bundan əvvəl mətbuat üçün sammitlə bağlı dərc olunmuş materiallarda bildirilirdi ki, iqtisadi sanksiyaların uzadılması ilə bağlı rəsmi qərar Aİ dövlətləri rəhbərlərinin iyunun 23-də başa çatacaq sammitindən bir neçə gün sonra qəbul oluna bilər.pia.az