Qvatemalada 6,8 bal gücündə zəlzələ

Sakit okeanın Qvatemala sahillərində 6,8 bal gücündə zəlzələ olub
Məlumatı ABŞ Geoloji Xidməti yayıb.İnformasiyaya əsasən, yeraltı təkanların ocağı Puerto-San-Xose şəhərindən 38 km cənub-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.Dağıntı və itkilər barədə məlumat yayılmayıb.Qeyd edək ki, ötən həftə Qvatemalada baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində azı 5 nəfər ölüb.(report.az) pia.az