Trampdan rəqiblərinə təklif

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Demokratlar Partiyasının respublikaçılarla bəzi məsələlərdə birləşməsi daha səmərəli olardı
Oxu.Az-ın məlumatına əsasən, bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb.“Demokratlar Partiyasının səhiyyə, vergi imtiyazları və təhlükəsizlik məsələlərində respublikaçılarla birləşməsi daha səmərəli olardı,” – deyə ABŞ prezidenti yazıb.Qeyd edək ki, Yuxarı palatada , Barak Obama tərəfindən tətbiq edilən və Obamacare adını alan güzəştli tibbi sığorta sisteminin əsasnaməsinin dəyişdirilməsi və ya ləğvi haqqında qanun layihəsinə baxılır. Sənəd Nümayəndələr Palatasında səsvermədən keçsə də, Senatda proses ləngiyib.Donald Tramp bir müddət öncə bildirib ki, adı çəkilən sistemi əvəzləmək üçün demokratların dəstəyinə nail olmaq niyyətindədir.pia.az