Tokioda raket hücumuna qarşı hərbi təlimlər keçirilib

Yaponiya Silahlı Qüvvələri iyunun 21-də Tokioda Şimali Koreya tərəfindən potensial raket hücumuna qarşı hərbi təlimlər keçiriblər
NHK telekanalının yaydığı məlumata görə, təlimlərdə “Patriot PAC-3” mobil kompleksinə malik iki hava hücumundan müdafiə batareyası iştirak edib.Təlimlər zamanı əhalinin sıx yaşadığı Nerime rayonunda şəhər tikililərinin çox olduğu ərazidə qurğular yerləşdirilib və hazır vəziyyətə gətirilib. Bu qurğulardan atəş açılmayıb. Geniş ictimaiyyət üçün açıq olan təlimlərin məqsədi sakinləri Şimali Koreyanın artan raket hücumu təhlükəsi ilə əlaqədar sakitləşdirmək olub.Cari ildə Pxenyan tərəfindən müxtəlif növlərə malik 12 ballistik raket sınağı keçirilib. Onlardan biri martın 9-da Yaponiya sahillərindən 200 kilometr məsafədə dənizə düşüb.Qeyd edək ki, Yaponiya 17 “Patriot PAC-3” batareyasına malikdir. Hazırda onların hamısı ölkənin müxtəlif yerlərində təşkil edilən hərbi təlimlərə cəlb edilib. (Azərtac)pia.az