İlanabənzər robot zəlzələ və sunami zamanı xilasedicilərə kömək edəcək

Yaponiyanın Toxoku Universitetinin alimləri 8 metr uzunluğu olan, qısa tüklərlə örtülmüş ilanabənzər robot hazırlayıblar
Divarlara dırmaşa bilən robot zəlzələ və sunami zamanı xilasedicilərin çətinliklə gedə biləcəyi yerlərdə insanlara kömək etmək üçün nəzərdə tutulub. Bu, dünyada ilan formasında olan ilk robotdur.Alimlərin sözlərinə görə, üç kiloqram çəkisi olan robot bir çox məsələlərdə xilasedicilərin imkanlarını üstələyir. Qurğu heç bir çətinlik çəkmədən dağıdılmış binalara daxil olaraq insanları həm axtara, həm də məkanın təhlükəsizliyini müəyyən edə biləcək.Azərtac indicator.ru saytına istinadla xəbər verir ki, robotun əvvəlki modeli 2011-ci ildə sunami və zəlzələ nəticəsində zərər dəymiş Fukusima Atom Elektrik Stansiyasının təftiş edilməsi üçün istifadə olunub. O zaman robot bəzi maneələrin öhdəsindən gələ bilmədiyi üçün alimlər yenidən qurğunu təkmilləşdiriblər.pia.az