Koalisiya qüvvələri İŞİD-in “ali müfti”sini məhv edib

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in "ali müftisi" Turk Al-Bel-əlinin məhv edildiyini xəbər verib. Bu barədə "RİA Novosti" məlumat yayıb
"Koalisiya qüvvələri mayın 21-də Suriyanın Məyadin şəhərindəki bombardmanlar nəticəsində İŞİD-in qondarma ali müftisi Turk Al-Ben-əlini məhv edib" – deyə koalisiyanın xəbərində bildirilir.Qeyd olunur ki, Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində, həmçinin bütün dünyanı terror aktları ilə təhrik etməkdə əsas rol oynayıb. İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib. (virtualaz.org)pia.az