Maradona bu futbolçunu “axmaq” adlandırdı

Əfsanəvi futbolçu Dieqo Maradona “Yuventus”un braziliyalı müdafiəçisi Dani Alvesi axmaq adlandırıb
Axar.az xəbər verir ki, Maradona bunu “TyC Sport”a açıqlamasında deyib.“Dani Alves axmaqdır. O, müdafiəçidir, amma öz mövqeyində oynamır. O, Braziliya cinah müdafiəsinin yaxşılarından olan Kafu və Maykona çata bilməz. Dani Alves oyun ərzində 3 dəfə topa toxunur, 8 dəfə qayda pozur. Əgər biz burda ondan danışacağıqsa, mən gedəcəm”, - Maradona bildirib.pia.az