Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
APA-nın məlumatına görə, ötən gecə aeroport yolunda Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ziya Fərmayıl oğlu Tarverdiyev idarə etdiyi “Audi” markalı, 99 HL 277 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 1987-ci il təvəllüdlü Samit Qulam oğlu Fərzəliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.  Faktla bağlı araşdırma aparılır.pia.az