“Qolsuz heç-heçə də pis olmaz”

"Demək olar ki, rəqibimizi yaxşı tanımırıq. Vaxtımız var, rəqibimizin oyununu təhlil edəcəyik və layiqli mübarizə aparmağa çalışacağıq"
PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözlər Serbiyanın "Mladost" klubunun baş məşqçisi Nenad Milovanoviçə məxsusdu.  Luçani təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakının "İnter" klubuna rəqib olub.Ölkəsinin mətbuatına açıqlama verən 47 yaşlı mütəxəssis fikirlərini bildirib. O, "İnter"i üstələməyə çalışacaqlarını deyib: "Mən və futbolçularım məsuliyyəti dərk edirik. Ölkəmizi turnirdə layiqli təmsil etməyə çalışacağıq. Əsas hədəfimiz maksimum irəliləməkdi". Çalışdırıcı evdə keçirəcəkləri ilk oyunda qolsuz heç-heçəyə razı ola biləcəklərini deyib: "İlk oyunu evdə keçirəcəyik. Doğma medanda qol vursaq, möhtəşəm olar. Amma qolsuz heç-heçə də pis olmaz". Qeyd edək ki, ilk oyunlar iyunun 29-da, cavab görüşləri isə iyulun 6-da keçiriləcək. pia.az