Hüquq müdafiəçisi Oktay Gülalıyev prokurorluğa çağırılıb

Hüquq müdafiəçisi Oktay Gülalıyev prokurorluğa çağırılıb
Bu barədə onun özü bildirib.Hüquq müdafiəçisi iyunun 20-si saat 10.00-a Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilib.Hüquq müdafiəçisi Oqtay Gülalıyev ona çağırışın əsası ilə bağlı ona rəsmi bilgi verilmədiyini bildirib.«Ancaq güman edirəm ki, çağırış Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının işi ilə bağlıdır. Yəqin ki, bu işlərlə bağlı ifadə etdiyim mövqeyə və yazılarıma görə çağırıblar», - o, əlavə edib.Hüquq müdafiəçisi prokurorluğa gedəcəyini, sözügedən işlərin qurama olmasını düşündüyündən prokurorluqda etirazını ifadə edəcəyini söyləyib.Məsələyə, Baş Prokurorluğun mətbuat xidmətindən isə aydınlıq gətirmək mümkün olmayıb.Bundan öncə AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, hazırkı rəhbəri Arif Hacılı, jurnalistlər Şahvələd Çobanoğlu, Sevinc Vaqifqızı da G.Bayramlı və Ə.Muxtarlı işləri üzrə prokurorluqda dindiriliblər.Mayın 25-də AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.Mayın 26-sı Səbael rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir ("Amerikanın səsi").pia.az