Maşın 2-ci sinif şagirdini vurub öldürdü

Ucar-Zərdab yolunda ölümlə nəticələnən yol qəzası baş verib
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndi ərazisində qeydə alınıb. Ucarın Lək kənd sakini, 2000-ci il təvəllüdlü Allahverdiyev Yusif Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil yolu keçən piyada, Qazyan kənd sakini, 2008-ci il təvəllüdlü Xəlilov Həsən Rəşid oğlunu vurub. İkinci sinif şagirdi olan Həsən Xəlilov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.pia.az