Bakıda bazarda kütləvi dava baş verib

Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib
“Report”un xəbərinə görə, bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfər ilə mübahisə edib.Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.pia.az