Vaqif Əsədov: “Bu məlumatlar cəfəngiyyatdır”

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov jurnalistlər üçün tikilən binadan ev almaq üçün müraciət etməsi barədə yayılan məlumatlara aydınlıq gətirib
DYP rəsmisi AzVision.az-a açıqlamasında jurnalistlərin binasından ev almaq niyyətində olmadığını deyib. "Bu məlumatlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kimlərsə məqsədli şəkildə belə yalan məlumatlar yaymaqla qalmaqal yaratmaq istəyirlər. Bununla da mənim fəaliyyətimə kölgə salmağa çalışırlar. Yenə də bildirirəm ki, jurnalistlərin binasından ev almaq üçün müraciət etməmişəm. Bu barədə düşünməmişəm"-V.Əsədov deyib.pia.az