“NBC Bank”ın bütün səhmdarlarının payı dəyişib

“Nurgün Motors” şirkətinin prezidenti Nuru Əliyev 2016-cı ildə "NBC Bank"ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb
 Dərc edilmiş illik maliyyə hesabatına əsasən, 2016-cı ildə bankın bütün səhmdarlarının payı dəyişib.  N.Əliyev bankın ən iri və 10%-dən çox pay sahibi olan yeganə səhmdarı olaraq qalır.  2016-cı ildə bankın digər səhmdarlarının payında isə azalma qeydə alınıb. Xüsusilə Surxay Əhmədovun payı 4,3%-dək (2015-ci ilin sonuna 8,4% təşkil edib), “Nurgun Group”un payı 6,02%-dək (7,51%), qalan səhmdarların payı 23,57%-dək (26,58%) azalıb. (İnterfaks- Azərbaycan)pia.az