Gəncədə aviabomba tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Gəncə şəhərində partlamamış hərbi sursat (PHS) aşkarlanıb
ANAMA-dan virtualaz.org-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.Aviabomba zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə aparılıb.Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı əsasında keçirilib.pia.az