“Azərbaycan hökumətinin iqtisadi diversifikasiya siyasətini alqışlayırıq”

“Biz Azərbaycan hökumətinin iqtisadi diversifikasiya siyasətini alqışlayırıq”
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han özünün “Twitter” səhifəsində yazıb. O, Bakı Dəniz Ticarəti Limanına baş çəkdiyini qeyd edib: “Mərkəzi nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün böyük potensialı olan Bakı Dəniz Ticarəti Limanından çox təsirləndim. Genişmiqyaslı rabitə "Şərq Tərəfdaşlığı"nın prioritetlərindən biridir”.pia.az