Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fransalı həmkarı Jan-İv Le Drianla görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib
Onun sözlərinə görə, tərəflər arasında bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi isitisna edilmir: “Bu, təbiidir. Belə ki, fransalı həmkarlarımızla bir çox məslələrdə daim dialoqdayıq, həmçinin bu məsələ ilə bağlı.Fransalı həmkarlarımızla bunu diqqətdə saxlayırıq”."ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra Azərbaycan, Ermənistan, Rusiya XİN rəhbərlərinin görüşü gözlənirmi?" sualına cavabında Zaxarova deyib: “Hələ ki, səfər davam edir. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri ölkəyə qayıtdıqdan sonra bununla bağlı rəsmi açıqlama veriləcək”.Zaxarov,a həmçinin əlavə edib ki, münaqişə tərəflərinin problemin həlli ilə bağlı öz yanaşması mövcuddur: “Münaqişənin nizamlanması üçün müəyyən format mövcuddur. Kompromis əldə olunmalıdır. Lakin bu kompromis Dağlıq Qarabağda yaşayan əhaliyə ziyan dəyməməklə əldə olunmalıdır”. pia.az