Bakının əsas yollarında sürət həddi endirildi

Yağışlı hava ilə əlaqədar paytaxtda iki əsas avtomagistralda sürət həddi aşağı endirilib
Bakı Nəqliyyat Agentliyindən ( BNA ) Lent.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi - Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Həmçinin bildirilir ki, R.Behbudov küçəsi istisna olmaqla, hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.pia.az