Səudiyyənin Bakıdakı səfirliyi “terror siyahısı” yaydı

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin milli təhlükəsizlik orqanları Qətərlə bağlı 59 şəxsi və 12 qurumun adını öz ərazilərində qadağan olunmuş “qara siyahılar”a daxil ediblər
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda bildirilir ki, bu siyahılar mütəmadi olaraq yenilənəcək və elan ediləcək.“Siyahıya daxil edilənlər Qətərlə bağlıdır və onun şübhəli planlarına xidmət edirlər. Bu, Qətərin ikili siyasətini göstərir. Bu dövlət bir tərəfdən terrorizmlə mübarizə apardığını bəyan edir, digər tərəfdən müxtəlif terror təşkilatlarını maliyyələşdirir, dəstəkləyir və sığınacaq verir”, - deyə bəyanatda vurğulanıb.Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn dövlətləri terrorizmlə mübarizədə səylərinin birləşdirilməsi və regionda təhlükəsizliyin bərqərar olmasının vacibliyini önə çəkərək vurğulayıblar ki, bu cür şəxs və qrupların təqib olunmasında ciddi fəaliyyət göstərəcəklər, istər regional, istərsə də qlobal miqyasda bu istiqamətdə dəstəklərini əsirgəməyəcəklər. Onlar terrorla mübarizəni davam etdirəcək, mənbəyindən asılı olmayaraq terrorizmin maliyyələşdirilməsini hədəfə alacaqlar.Bəyanatda siyahıya daxil edilən şəxslər və təşkilatların adları qeyd olunub.pia.az