Cinayət Məcəlləsinin 124 maddəsi dəyişdirilir – Cərimələr artırılır

Azərbaycan Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cərimələrin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq
Modern.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir.Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur.Xatırladaq ki, dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçirilən plenar iclasının gündəliyindən çıxarılmışdı.pia.az