Mark Zukerberq 33 yaşında Harvard Universitetini bitirdi

Feysbuk sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq 33 yaşında Harvard Universitetini bitirib
Axar.az xəbər verir ki, bu barədə Zukerberq öz Feysbuk səhifəsində paylaşıb.O, statusunda “Ana, mən həmişə deyirdim ki, qayıdacam və öz dərəcəmi alacağam” sözlərini yazıb.Harvardın saytında isə Zukerberqin hüquq doktoru olması haqqında informasiya verilib. O, bunun üçün heç bir elmi iş yazmayıb. Buna səbəb isə onun universitetdə fəxri dərəcə almasıdır.Qeyd edək ki, Zukerberq Harvard Universitetinə 2002-ci ildə daxil olub. 2005-ci ildə Feysbuka görə o, burada təhsilini yarımçıq dayandırıb.Feysbuk şəbəkəsini Zukerberq 2004-cü ildə yaradıb.pia.az