Ronaldu 5 il müddətinə həbs oluna bilər

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu vergi ödəməkdən yayındığı üçün 5 il müddətinə həbs oluna bilər
PİA.AZ report-a istinadən xəbər verir ki, İspaniyanın Maliyyə Nazirliyi portuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəkləyib. Dövlət orqanlarının hesablamalarından sonra Ronaldunun 2011 - 2013-cü illərdə 600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib.Bu qayda pozuntusunu cinayət kimi qəbul edərək, 32 yaşlı oyunçunu 5 il müddətinə həbs edə bilərlər.Buna baxmayaraq, Maliyyə Nazirliyi etiraf edib ki, hökmün çıxarılmasına müxtəlif yumşaldıcı amillər - futbolçunun öz günahını etiraf etməsi və gizlətdiyi məbləği tam ödəməsi təsir edə bilər. pia.az