“Vest Hem”dən “Beşiktaş”a qayıtdı – Rəsmi

Ötən il “Vest Hem”ə icarəyə verilən “Beşiktaş”ın futbolçusu Gökhan Törə geri göndərilib
Qol.az-ın məlumatına görə, bu barədə London klubunun rəsmi saytı xəbər yayıb.İcarə müqaviləsi başa çatan 24 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalanmayıb. Türkiyə millisinin üzvü baş məşqçi Slaven Bilicin ümidlərini doğrultmayıb.Qeyd edək ki, G.Törə ötən mövsüm “Vest Hem”in heyətində cəmi 8 oyuna çıxıb.pia.az