Tramp “əltutuşma” oyununda məğlub oldu

Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın da iştirakı ilə gerçəkləşən ABŞ-Ərəb və İslam ölkələri sammitində kameralara düşən maraqlı epizod gözlərdən qaçmayıb.
Musavat.com mashable.com saytına istinadən xəbər verir ki, Tacikistan prezidenti İmaməli Rəhmon Donald Trampla əllə görüşərkən Tramp tacik prezidenti özünə çəkməyə çalışıb, lakin Tacikistan prezidenti daha cəld tərpənərək Trampı özünə tərəf çəkməyi bacara bilib.Trampın özünəməxsus əl tutuşması hər kəsin diqqətini çəkməkdədir. Bəzi liderlər onun bu oyununa gəlməmək üçün əvvəlcədən hazırlıq da görürlər.Bədən dili ekspertləri “özünə tərəf çək” tərzində əl tutuşmasını güc nümayiş etdirmək demək olduğunu bildirirlər.pia.az