“Qalatasaray”ın əfsanəsi öldü

"Qalatasaray"ın əfsanəvi başçılarından olan professor Əli Tanrıyar vəfat edib
PİA.AZ lent.az-a istinadən xəbərinə görə, 103 yaşlı Əli Tanrıyar müalicə olunduğu xəstəxanada həyatla vidalaşıb. 1914-ci ildə Yunanıstanın Kavala şəhərində dünyaya gələn Əli Tanrıyar 1986 - 1990-cı illərdə "Qalatasaray" prezidenti olub. 1986-ci ildə maliyyə çətinlikləri yaşayan "Qalatasaray" klubunun başçısı vəzifəsinə gələn Əli Tanrıyar tezliklə klubun maliyyə vəziyyətini düzəldib, UEFA Kubokunu qazanacaq komandanın təməlini yaradıb. pia.az