AKP-də dəyişiklik – Binəli Yıldırım yeni vəzifəyə seçildi

Türkiyənin baş naziri Binəli Yıldırım 300 millət vəkilinin səsi ilə AKP-nin parlament fraksiyasının sədri seçilib
Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-nin sədri seçilməsindən sonra nizamnaməyə uyğun olaraq bir dəyişiklik edilib.Ərdoğan partiyanın sədri oldu, ancaq o millət vəkili olmadığı üçün partiyanın parlament fraksiyasına yeni sədr seçilməsi lazım idi.Siyasi Partiyalar Qanununun 26-cı maddəsinə görə partiyanın sədri millət vəkili olsa o həm də parlament fraksiyasının sədri olur. Yox əgər partiya sədri millət vəkili deyilsə o zaman fraksiya üzvləri arasında daxili nizamnaməyə uyğun olaraq yeni sədr seçilir.Məclisdə mətbuata qapalı olaraq keçirilən iclas zamanı baş nazir Yıldırım 300 millət vəkilinin səsi ilə parlament fraksiyasının sədri seçilib.pia.az