“Milan”dan “Real”a 60 milyon avro

"Milan" Alvaro Moratanın transferi üçün "Real"a təklif göndərib
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, İtaliya klubu ispan hücumçu üçün 60 milyon avro ödəməyə hazırdır."Real"da az oyunda iştirak edən Moratanın daha çox oynamaq üçün "Milan"a keçidə müsbət baxdığı bildirilir.Qeyd edək ki, A.Morata bu mövsüm start heyətdə 14 matçda iştirak edib.pia.az