“Mətbuat Azərbaycan dilinin səlisliyinin qorunmasına fikir vermir”

"Nə televiziyalar, nə də mətbuat Azərbaycan dilinin tam səlisliyinin qorunmasına fikir verir. Biz alimlərdən soruşurlar ki, siz haradasınız"
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA prezidenti Akif Əlizadə deyib. O bildirib ki, mültikulturalizmin elmi əsaslarını da mütləq təhlil etmək lazımdır: "Azərbaycan tarixini saxtalaşdıranlara qarşı mübarizəmiz də dönməz olmalıdır". AMEA prezidenti qeyd edib ki, bu gün dünyada elm maliyyə axtarır: "Ancaq bizim alimlərimiz Avropa, dünya qrantları üçün müraciət etmir və qrantlardan istifadə etmir. İnstitutların direktorlarından tələb edirəm, qrant məsələsinə xüsusi diqqət yetirilməlidir".pia.az