“Nokia 9” “iPhone 7” və “Samsung Galaxy S8”i geridə qoydu

“Nokia 9” flaqman smartfonu “Geekbench” bençmarkında (məhsuldarlıq testi) rekord əldə edib
Lent.az-ın “Android Headlines”a istinadən verdiyi xəbərə görə, “Nokia 9” testdə 7770 bal yığaraq məhsuldarlıq üzrə “Samsung Galaxy S8” və “iPhone 7”ni ötüb. “iPhone” yalnız 6083 bal toplaya bilib. “Nokia”nın yeni flaqmanı “Snapdragon 835” prosessoru ilə təchiz olunub, 4 Gb operativ yaddaşa malikdir və “Android 7.1.1” əməliyyat sistemi ilə çalışır. Smartfonun rəsmi təqdimatı payızda keçiriləcək.pia.az