“Pike, axmaq, çempionu təbrik et“

La Liqada 2016/2017 mövsümünün qalibi olan "Real"ın futbolçuları çempionluğu Madridin Plasa Sibelas meydanında qeyd ediblər
PİA.AZ Milli.Az-a istinadən xəbər verir ki, çempionluğu həmişə bu meydanda bayram edən klubun oyunçuları əsas rəqibləri "Barselona" və "Atletiko" əleyhinə şüarlar səsləndiriblər.Onlar çox zaman "Real" haqda mənfi rəylər bildirən "Barselona"nın futbolçusu Jerard Pikeni də yaddan çıxarmayıblar. "Real"ın futbolçuları xorla "Pike, axmaq, çempionu təbrik et" şüarını səsləndiriblər.pia.az