Köhnə ağ-qara fotoları rəngləyən texnologiya yaradıldı

ABŞ-ın Berkli Universitetinin elmi əməkdaşları köhnə ağ-qara şəkilləri rəngləməyə imkan verən proqram yaradıblar
Lent.az-ın “actualnews.org” saytına istinadən verdiyi məlumata görə, texnologiya neyroşəbəkələrin fəaliyyəti əsasında qurulub. Yeni proqram iki rejimə malikdir - əl və avtomatik. Avtomatik rejim süni intellekt tərəfindən standart rənglərlə cəld rənglənməni həyata keçirir. Əllə idarə olunan rejimə gəldikdə, bu rejimdə istifadəçi özü qammanı müəyyən edə və çalarları seçə bilir. Əsas çatışmazlıq isə avtomatik rejimlə müqayisədə onun iş tutumudur. Proqram Riçard Canın rəhbərliyi altında yaradılıb. Alimlər neyroşəbəkələrin fəaliyyətini öyrənməyə yeni başlamayıblar. Onlar aydınlaşdırıblar ki, bu şəbəkələr daha əvvəl əldə edilmiş məlumatı arxivləşdirə bilirlər, sonradan isə onu foto kimi göstərə bilirlər. Hazırda bu əlavənin ilk versiyası mövcuddur. Ancaq bu yaxınlarda o, daha da modernləşdiriləcək.pia.az