Abşeronda 37 yaşlı kişi özünü asaraq intihar edib

Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihar hadisəsi baş verib
PİA.AZ "Report"-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Əmirov Namiq Kazım oğlu yaşadığı evdə özünü asaraq intihar edib.Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.pia.az