Cocuq Mərcanlıda dörd ədəd mina aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə gündəlik operativ məlumat yayıb
ANAMA-dan verilən məlumata görə, gün ərzində 1 245 ədəd qəlpə, 2 ədəd piyada əleyhinə mina (OZM-72) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.Nəticə etibarilə 20 551 kv.m (2.06 ha) ərazi tam təmizlənib, 18 500 kv.m (1.85 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.pia.az