Bu gün “Fenerbahçe” Avropa Liqasının qalibi ola bilər

İstanbulda basketbol üzrə Avropa Liqasının “Final Four” mərhələsi bu gün başa çatır
Virtualaz.org xəbər verir ki, həlledici görüşdə Türkiyənin “Fenerbahçe” və Yunanıstanın “Olimpiakos” komandaları üz-üzə gələcəklər. “Fenerbahçe” yarımfinalda İspaniyanın “Real” (Madrid) komandasını 84:75, “Olimpiakos” isə Moskvanın CSKA klubunu 82:78 hesabı ilə məğlub edib.“Fenerbahçe” – “Olimpiakos” finalı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və “TRT Spor” kanalında canlı yayımlanacaq.pia.az