Lənkəranda 35 yaşlı kişi bıçaqlandı

Lənkəran rayonunda 35 yaşlı kişi bıçaqlanıb
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Aşağı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Zahid Zabit oğlu Qəribov bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hadisə kim tərəfindən törədildiyi məlum deyil.Fakt araşdırılır.pia.az