Ebru Gündeşin qazancı heyrətləndirdi

Müğənni Ebru Gündeşin 7 ayda qazandığı məbləğ heyrətləndirib
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi ötən ilin oktyabrından başlayaraq İstanbulun əsas konsert salonlarından olan "Günay"da 25 konsert verib.Mövsümün son konserti üçün dünən səhnəyə çıxan Ebru bu aylar ərzində ümumilikdə 2,5 milyon lirə (təxminən 1,3 milyon manat) qazanıb. O, hər konsertində 3 saat səhnədə qalıb, təxminən 50 mahnı səsləndirib.pia.az