Azərbaycan yığmasının bayraqdarı İslamiadada qızıl medal qazandı

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında kişilərin cüdo yarışında qaliblərin mükafatlandırılması davam edir
Azərbaycan karateçisi Rafael Ağayev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.PİA.AZ "Report"-a istinadən məlumatına görə, 75 kq çəki dərəcəsində yer alan 5 qat dünya və 10 qat Avropa çempionu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi türkiyəli Erman Eltemur olub. Görüş Ağayevin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 1/4 finalda Səudiyyə Ərəbistanından olan Sultan əl-Zəhranini yenən (7:2) R.Ağayev yarımfinalda malayziyalı Şarmendran Raqonatanı da üstələyərək, finala yüksəlib.Həlledici görüşdə Azərbaycan karateçisi pakistanlı Sədi Qulam Abbasla üz-üzə gəlib və inamlı qələbə qazanıb - 4:0.Qeyd edək ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.20:12PİA.AZ Apasport.az-a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Mükafatlandırma mərasimində idmançımıza qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.Daha sonra dövlət himni sədaları altında bayrağımız dalğalanıb.pia.az