Şirazinin qəzəlləri Azərbaycan dilində çapdan çıxıb

Bakı Slavyan Universiteti (BSU) tərəfindən Şərqin görkəmli söz ustadı Hafiz Şirazinin qəzəlləri Azərbaycan dilində çap olunub.
Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, kitabın elmi redaktoru professor Rafiq Novruzov, rəyçisi BSU-nun rektoru, professor Nurlana Əliyeva, çapa hazırlayan isə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir. Sənətkarın qəzəlləri ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim olunur. Həmçinin hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilib və geniş şərh yazılıb. Kitab prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərancamı ilə elan olunmuş "İslam Həmrəyliyi İli"nə töhfə olaraq nəşr edilib.pia.az